Lütfi Zadə: Bir Dahinin Öyküsü

Lütfi Zadə: Bir Dahinin Öyküsü

Lütfi Zadə: Bir Dahinin Öyküsü

Azərbaycan tarix boyu dünya elminə, mədəniyyətinə dahi şəxsiyyətlər bəxş etməklə adından söz etdirmiş və etdirməkdədir. Bu dahilərdən biri də Lütfi Zadədir.

Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Təhsilini Massaçusets Texnologiya İnstitutu, Kolumbiya Mühəndislik və Tətbiqi Elmlər Məktəbi, Tehran Universiteti, Kolumbiya Universiteti kimi təhsil ocaqlarında almışdır. Berkli, Kaliforniya, ABŞ— azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Həmçinin Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmuşdur. Bir çox xarici ölkə akademiyalarının üzvü olmaqla yanaşı xeyli sayda nüfuzlu cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir (Eringen Medalı (1976), IEEE Hamming Medalı (1992), Rufus Oldenburger Medalı (1993), IEEE Şərəf Medalı (1995), 2012 BBVA Foundation Frontiers of Knowledge Award, Tehran Universitetinin Fəxri Doktoru (2016), IEEE Təqaüdçüsü, AAAS Təqaüdçüsü, AAAI Təqaüdçüsü, Milli Mühəndislik Akademiyasının üzvü və s).

Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılmışdır. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Ona dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, 1980-ci illərdə yapon alimlərinin diqqətini cəlb etmiş və onlar bu bənzərsiz nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər.

Lütfi Zadə nəzəriyyəsinin tətbiqi Yaponiyaya milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafata – “Honda” mükafatına layiq görülüb. Bu gün bu nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, linqvistikada, siyasətdə, fəlsəfədə, psixologiyada, sosiologiyada, dini məsələlərdə və s. istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompüter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”. Elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, infor­masiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanmışdır. Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənmişdir. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır və 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. Macarıstanda Obuda Universitetinin nəzdində Antal Beyçzi adına İntellektual Robotiks Mərkəzi ilə əməkdaşlığına görə Lütfi Zadənin fotosu bu mərkəzin divarında yerləşdirilib.

2019-cu ildə ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilmişdir. Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-nin Kaliforniya ştatında dünyasını dəyişmişdir. AMEA-da (Azərbaycan Milli Elmlər Akademiyası) vida mərasimi keçirilmiş, mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etmişdir. Dünya şöhrətli alim Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadə həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma Vətəni ilə döyünüb. Bu gün o böyük şəxsiyyətdən yüzlərlə gənc ilham almaqda, elm sahəsində böyük bir həvəslə fəaliyyət göstərməkdədir. Ölkəmizdə hər il Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası keçirilməkdədir. Fenomenal elmi təfəkkürü ilə seçilən, adı elm tarixinə qızıl hərflərlə həkk olunan dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi əbədi olaraq yaşayacaqdır!

Elmimizin daima zirvələrdə olmasını arzulayaraq sonda dahi şairimiz Nizami Gəncəvinin elm haqqında bu kəlamını xatırlatmaq istərdim:

“Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz…”

Habil Yaşar

 

Lütfi Zadə: Bir Dahinin Öyküsü

Azerbaycan tarih boyu dünya bilimine ve kültürüne dahi şahsiyetler kazandırarak adından söz ettirmiştir ve etmeye devam etmektedir. Bu dahilerden biri de Lütfi Zadə’dir. Lütfi Zadə, 4 Şubat 1921’de Bakü’nün Novkhani köyünde doğmuştur. Eğitimini Massachusetts Teknoloji Enstitüsü, Columbia Mühendislik ve Uygulamalı Bilimler Okulu, Tahran Üniversitesi, Columbia Üniversitesi gibi eğitim kurumlarında almıştır. Berkeley, Kaliforniya, ABD’de bulunan Azerbaycan asıllı ABD’li bir bilim insanı olan Zadə, yapay zeka alanında kurumun ömür boyu profesörü seçilen tek kişidir. Ayrıca, Amerika’daki Azerbaycan diaspora örgütlerinin onursal başkanı olmuştur.

Birçok yabancı ülke akademilerinin üyesi olmanın yanı sıra birçok prestijli toplum ve fondan ödüller ve madalyalar kazanmıştır (Eringen Madalyası (1976), IEEE Hamming Madalyası (1992), Rufus Oldenburger Madalyası (1993), IEEE Onur Madalyası (1995), 2012 BBVA Foundation Frontiers of Knowledge Award, Tahran Üniversitesi Onursal Doktoru (2016), IEEE Üyesi, AAAS Üyesi, AAAI Üyesi, Ulusal Mühendislik Akademisi Üyesi, vb.).

Kaliforniya’nın Berkeley kentinde “Bilgi Teknolojileri Zade Enstitüsü” kurulmuştur. Bugün dünya biliminde Lütfi Zadə’nin altı önemli teorisi bilinmektedir. Ona dünya çapında ün kazandıran ve dünya biliminde devrim olarak kabul edilen bulanık mantık teorisidir. Bu teori, 1965 yılında geliştirilmiş olup, önde gelen dünya şirketleri tarafından uygulanmaktadır. Teori, uzun süre Amerikan bilim camiası tarafından kabul edilmemiş olsa da, 1980’lerde Japon bilim insanlarının dikkatini çekmiş ve bu benzersiz teoriden yararlanma kararı almışlardır. Lütfi Zadə’nin teorisinin uygulanması Japonya’ya milyarlar kazandırmıştır.

Bugün Japonya’nın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” ve diğer prestijli şirketleri bulanık mantık teorisine dayanan fotoğraf ve video kameralar, çamaşır makineleri, vakumlu kimyasal temizleyiciler, otomobil, tren ve endüstriyel süreçlerin yönetiminde geniş ölçüde kullanmaktadır. Lütfi Zadə, 1989 yılında bulanık mantık teorisinin endüstrideki başarıları nedeniyle Japonya’nın bilim insanlarına verdiği en yüksek ödül olan “Honda” ödülüne layık görülmüştür. Bu teori, günümüzde Amerika’nın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” gibi şirketleri tarafından da üretimde geniş şekilde uygulanmaktadır. Hâlihazırda bu teori ekonomi, dilbilim, siyaset, felsefe, psikoloji, sosyoloji, dini meseleler ve diğer alanlarda kullanılmaktadır.

Bulanık mantık teorisinin yanı sıra, Lütfi Zadə beş temel bilimsel teori daha sunmuştur: “İzlenimler Teorisi”, “Sistemler Teorisi”, “Sözle Çalışan Bilgisayar Teorisi”, “Optimum Filtreler Teorisi” ve “Yumuşak Bilgisayar”. Bilimde Z-dönüşümü olarak bilinen çalışması, ayrık ve sayısal kontrol, bilgi ve iletişim sistemlerinin oluşturulmasının temelini atan bir bilimsel teoridir. Onun ünlü durumlar uzayı, dinamik sistemlerin kontrol ve gözlem teorileri, modern kontrol biliminin temelini oluşturmaktadır. ABD Ulusal Havacılık ve Uzay Dairesi (NASA), bu teoriler temelinde kontrol sistemlerini araştırmakta, tasarlamakta ve uygulamaktadır.

2016 yılında Lütfi Zadə’nin teorisi temel alınarak Japon bilim insanları tarafından ilk kez yapay zekaya sahip bir robot üretilmiştir. Alter adlı robot, Tokyo’daki Uluslararası Bilim Müzesi’nde sergilenmiştir. Lütfi Zadə, dünya çapında eserlerine en çok atıfta bulunulan bilim insanlarından biri olarak kabul edilir ve 1990-2000 yılları arasında eserlerine 36 binden fazla atıfta bulunulmuştur. Macaristan’da Obuda Üniversitesi bünyesindeki Antal Bejczy İntelligent Robotics Merkezi ile işbirliği nedeniyle Lütfi Zadə’nin fotoğrafı bu merkezde sergilenmiştir.

2019 yılında ADA Üniversitesi’nde Lütfi Zadə adına bir burs kurulmuştur. Lütfi Zadə, 6 Eylül 2017’de ABD’nin Kaliforniya eyaletinde vefat etmiştir. Azerbaycan Milli Bilimler Akademisi’nde (AMEA) düzenlenen cenaze töreninde Cumhurbaşkanı İlham Aliyev başta olmak üzere devlet ve hükümet yetkilileri, bilim ve kültür adamları katılmıştır. Dünya çapında ünlü bilim insanı Fahri Khiyaban’da toprağa verilmiştir.

Bilim ve teknolojilerin gelişimine eşsiz katkılar sağlayan ünlü bilim insanı Lütfi Zadə, her zaman Azerbaycanlı olmanın gururunu yaşamış ve kalbi daima doğduğu vatanı için atmıştır. Bugün, bu büyük şahsiyetten ilham alan yüzlerce genç, bilim alanında büyük bir istekle çalışmaktadır. Ülkemizde her yıl Lütfi Zadə adına matematik ve mantık olimpiyatları düzenlenmektedir. Fenomenal bilimsel düşünce yapısıyla tanınan ve adı bilim tarihine altın harflerle kazınmış olan dünya çapında ünlü bilim insanı ve büyük şahsiyet Lütfi Zadə’nin aziz hatırası sonsuza kadar yaşayacaktır.

Bilimimizin daima zirvelerde olmasını dileyerek, sonunda büyük şairimiz Nizami Gencevi’nin bilim hakkında şu sözlerini hatırlatmak isterim:

“Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz…”

“Hiç kimse kimseye üstünlük sağlayamaz,

Çünkü güç bilimdedir.”

Habil Yaşar                                                                                   

Baş Editör: Murat Çatal 

Genel Yayın Yönetmeni: Elif Ünal Yıldız 

Bir Önceki Yazımı Okudunuz mu?

SESLER

https://az.wikipedia.org/wiki/L%C3%BCtfi_Zad%C9%99

Bu yazının bütünü yazarına aittir.

Yorumlar (0)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Habil YAŞAR

Ben Nabiyev Habil Yaşar oğlu (Habil Yaşar), 26 Şubat 1983'te (Hocalı soykırımı nedeniyle doğum günümü kutlamıyorum) Bakü'de doğdum. 271 numaralı ortaokuldan mezun olduktan sonra Azerbaycan Devlet Pedagoji Üniversitesi Filoloji Fakültesi'nde okudum. "N" saylı askeri birliğinde görev yaptıktan sonra birkaç yıl "Bakü Petrol ve Enerji Koleji"nde öğretmen olarak çalıştım. Öğretmenliğin yanı sıra gazeteci, yönetici, çevirmen, sunucu olarak da çalıştım. Birçok kuruluşa üyeyim. Aynı zamanda birçok kuruluşun yönetim kurulu üyeliğine seçildim. Azerbaycan Yazarlar Birliği (2003), Dünya Genç Türk Yazarlar Birliği (Mali Kontrol Denetleme Komisyonu Başkanı-2013), Azerbaycan Cumhuriyeti Gençlik Teşkilatı Milli Konseyi (Mali Kontrol Denetleme Komisyonu üyesi-2009), Uluslararası İnsan Hakları (2007), Dünya Azerbaycanlılar Kongresi (2010)), CASCFEN (MTK üyesi-2012), Azerbaycan Yazarlar Birliği Gençlik Konseyi (2014), Azerbaycan Edebiyat Fonu (2023), Yazsader (Yazarlar ve Şairler Dayanışma Derneği), vb. Yurt içi ve yurt dışı (Türkiye, İngiltere, Kazakistan, Gürcistan vb.) birçok uluslararası etkinliğe katılıdım. 2009 yılında Cumhurbaşkanlığı bursu ve birçok edebiyat ödülüne layık görüldüm. Eserlerim İngilizce, Rusça, Türkçe vb. dillere çevrilerek kitap, gazete, dergi ve internet sitelerinde (Türkiye, Rusya, İngiltere, Amerika Birleşik Devletleri, Hindistan vb.) yayınlandı.